AZE|RUS|ENG
DSC

XƏBƏRLƏR

Simbrella, DSC və Rcom "BakuTel 2013"-də iştirak etdi
02 dekabr, 2013 17:32

Simbrella şirkətlər qrupu – Simbrella, DSC və Rcom Xəzər və Qafqaz regionunun ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi olan “BakuTel 2013”-də iştirak ediblər. Sərgidə DSC-nin yeni istiqaməti - TANDEM ticarət nişanı da təqdim olunub. Builki sərginin əsas mövzusu “Azərbaycanda İKT ili”dir. Ümumilikdə 28 ölkədən 300 şirkətin cəlb olunduğu sərgiyə bu il ilk dəfə olaraq ABŞ, İtaliya, Əfqanıstan, Macarıstan və İsrail nümayəndə heyətləri də qatılıblar.